Bu gün, 11:18
Gündəm/Hadisə/Dünya

"Cəhənnəm Mələkləri"nin lideri Necati Arabacı saxlanıldı


İzmirdə keçirilən əməliyyatla mütəşəkkil cinayət təşkilatı "Cəhənnəm Mələkləri"nin lideri Necati Arabacı saxlanılıb. 

"Kanal14.az" xəbər verir ki, bu barədə İzmir Respublika Baş Prokurorluğu məlumat yayıb.


Bildirilir ki, Arabacı 5 oktyabr 2025-ci ildə Serbiyanın paytaxtı Belqraddan Adnan Menderes Hava Limanına daxil olduğu müəyyən edilib. İzmir İl Təhlükəsizlik Müdirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən əməliyyatda saxlanılan Arabacı cinayət təşkilatı fəaliyyətlərində iştirak edən mühüm fiqurdur. 

Necati Arabacı ictimaiyyət arasında “Cəhənnəm Necati” ləqəbi ilə tanınır. 


Oxşar xəbərlər