"Kanal14.az" xəbər verir ki, bu  barədə Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu  "Twitter"  hesabında açıqlama yayıb.  O, uzun müddətdir qırmızı bülletenlə narıncı kateqoriyada axtarılan terrorçu Azat Kendal kod adlı Necati Utku Kirazın zərərsizləşdirildiyini bildirib.

"Təhlükəsizlik Kəşfiyyatı və Diyarbakır Polisinin uğurlu əməliyyatı ilə 2016-cı ildə Güvenparkda törədilən terror aktını planlaşdıran şəxs məhv edildi", - deyə qeyd edib.