Gündəm / Cəmiyyət

İzmirdə zəlzələdə ölənlərin sayı artır - YENİLƏNİB

İzmirdə zəlzələdə ölənlərin sayı artır - YENİLƏNİB
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

"İzmirdə baş vermiş zəlzələdə 26 nəfər ölüb, 885 nəfər xəsarət alıb”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Van vilayətində keçirilən VII fövqəladə konqresində çıxışı zamanı deyib.

O bildirib ki, 15 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ürkiyə Prezidenti qeyd edib ki, zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılacaq.

***

15:40

Türkiyənin İzmir şəhərində zəlzələdən ölənlərin sayı 26-ya yüksəlib.

Türkiyə mətbuatına istinadən xəbər veririk ki, hazırda yaralananlardan 25-i reanimasiyada olmaqla 381 nəfər xəstəxanalarda müalicə olunur.

***

11:22

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Türkiyə mətbuatına istinadən xəbər veririk ki, hadisə nəticəsindəyaralananlarınsayı 804 nəfərdir.

Xilasetmə işlərinin aparıldığı 17 binadan 8-də işlər başa çatdırılıb, qalan 9 binada davam edir.

Xilasetmə işlərinə cəlb edilən heyətin sayı 6 min 49-dur.

 

(Apa.az)