Səlim Müslümovun oğlu da vergidən yayınır - DETALLAR
Kanal14.az: - “ORİON GLOBAL” MMC-nin 73 min manatdan çox vergi borcu üzə çıxıb
“ORİON GLOBAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə böyük miqdarda vergi borcu yaranıb.
Şirkətin 73.464,31 manat məbləğindədir.
Şirkət AZ1106, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 7A ünvanında qeydiyyatdan keçib. Hüquqi şəxs MİRSADİQ SADIQOV SADIQ OĞLU tərəfindən təmsil olunur. Nizamnamə kapitalı 20 AZN-dir.
Mediada gedən məlmatlara görə, əvvəllər "Orion Global” MMC Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu Turqay Müslümlüyə məxsus olub. Hazırda şirkətin qanuni təmsilçisi Sadıqov Mirsadiq Sadıq oğludur.
Turqay Müslümlü daha əvvəl "Orion Global” MMC ilə bərabər "Orion Construction” MMC və "Orion Cars” MMC-nin qanuni təmsilçisi olub. Onun qardaşı - Asim Müslümlü isə "Orion Creativ Solutions” MMC-nin qanuni təmsilçisi olub.//xalqxeber.az