"Mavi İşığ"ın 600 min vergi borcu var
Gəncə şəhərində yerləşən "Mavi İşıq" Kiçik Müəssisəsinin külli miqdarda vergi borcu yaranıb.
Kanal14.az-ın Qaynarinfo-ya istinad məlumatına görə, müəssisənin Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə vergi borcu 599484.88 AZN-dir.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Salahov Rüfət Eldar oğludur.