Gündəm / Cəmiyyət

Vəli Əkbərovun rəhbərlik etdiyi "Top Supermarket"in vergi borcu 1 milyona yaxınlaşır

Vəli Əkbərovun rəhbərlik etdiyi

"Top Supermarket" MMC-nin vergi borcu artıb.

"Kanal14.az"ın Pravda.az-a istinadən xəbərinə görə, MMC-nin hazırki dövrədək dövlətə olan borcu 886 663 manatdır.

İki ay əvvəl açıqlanan rəqəm isə 853 540 manat olub. Yəni mağazalar şəbəkəsinin vergi borcu 33 min manat artıb.

Qeyd: MMC-nin qanuni təmsilçisi Vəli Əkbərov Kazım oğludur. Təcrübə göstərir ki, vergi borcu kəskin artan şirkətlərin direktorlarının ölkədən çıxışına "stop" qoyulur. Bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilir.