Gündəm / İqtisadiyyat / Cəmiyyət

Bu holdinqin yarım milyondan çox vergi borcu var - 5 dəfə cərimə olunub

Bu holdinqin yarım milyondan çox vergi borcu var - 5 dəfə cərimə olunub

"Qara-Qum Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu üzə çıxıb.

"Kanal14.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, qanuni təmsilçisi Məmmədov Fuad Güləhməd oğlu olan MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 548.203,59 manat vergi borcu var.

Şirkət barəsində operativ vergi nəzarəti üzrə - əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 4 dəfə 1000 manat, bir dəfə isə 715,73 manat maliyyə sanksiyası tətbiq edilib.

Xatırladaq ki, 2018-ci ilin avqust ayında Baş Prokuroluq tərəfindən "Qara-Qum Holdinq" MMC-nin rəhbəri Yasif Ağayevə cinayət işi açılmışdı.