Bu gün, 12:30
Gündəm/Cəmiyyət

"Şəhidlər xiyabanları haqqında" xüsusi qanun qəbul edilsin - TƏKLİF

"Xalqımız Şəhidlər xiyabanını məzarlıq və kütləvi dəfn yeri deyil, qəhrəmanlığın ünvanı, milli kimliyin pasportu kimi qəbul edir".

"Kanal14.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.


Komitə sədri bildirib ki, "Şəhidlər xiyabanları haqqında" xüsusi qanun qəbul edilməsi zəruridir.