Gündəm / Cəmiyyət

Abid Şərifova məxsus olduğu deyilən şirkət 2,2 milyon manatlıq borca düşüb - TƏFƏRRÜAT

Abid Şərifova məxsus olduğu deyilən şirkət 2,2 milyon manatlıq borca düşüb - TƏFƏRRÜAT

"Avro-Asiya İnşaat Korporasiyası - Evrascon" Açıq Səhmdar Cəmiyyəti (ASC) külli miqdarda yığılmış vergi borcunu ödəmir.

"Kanal14.az" İqtisadiyyat.az -a istinadən xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 2 230 472,39 manat təşkil edir.

Son bir ildə şirkət təxminən 100 min manat civarında vergi borcu ödəyə bilib. ASC-nin indiyə qədər vergi borcunu tam ödəməməsinin səbəbi məlum deyil.

Amma Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Qeyd edək ki, "Evrascon" 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 377 290 manat olan ASC Azərbaycanın baş nazirinın keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır. Şirkətin qanuni təmsilçisi isə İsmiyev Həmzət İsmayıl-Əfəndiyeviçdir.