Dünən nazir təyin olunmuşdu, bu gün istefa verdi
Fransanın keçmiş iqtisadiyyat və maliyyə naziri, dünən silahlı qüvvələr naziri təyin edilən Bruno Le Mer tutduğu vəzifədən istefa verib.
"Kanal14.az" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində məlumat verib.
“Qeyd edirəm ki, mənim hökumətə daxil olmaq qərarım bəzi insanlar arasında anlaşılmaz, yalan və qeyri-mütənasib reaksiyaya səbəb olur. Bu gün səhər saatlarında mən hökumətdən dərhal istefa verməyi və silahlı qüvvələr naziri kimi səlahiyyətlərimin baş nazirə verilməsini təklif etdim”, - deyə sabiq nazir yazıb.
Le Mer əlavə edib ki, Fransa prezidenti Emmanuel Makron onun təklifini qəbul edib. Keçmiş iqtisadiyyat və maliyyə naziri ümid etdiyini bildirib ki, bu qərar yeni hökumətlə bağlı danışıqların qarşısının alınmasına kömək edəcək.