Gündəm / Siyasət / Dünya

Ermənistanın məğlubiyyətinə dözməyib istefa verdi

Ermənistanın məğlubiyyətinə dözməyib istefa verdi
Kanal14.az: - "Çiçəklənən Ermənistan” Partiyasından Ağsaqqallar Şurasının üzvü Ripsime Arakelyan mandatından istefa verib. "Qafqazinfo” xəbər verir ki, bu barədə o, öz feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, 2,5 il ərzində, yəni mandat aldığı andan etibarən İrəvan sakinlərinin həyatını yaxşılaşdırmaq üçün hər şeyi etməyə çalışsa da, təcrübə göstərib ki, "Mənim addımım” blokunun nümayəndələri ilə müvəffəqiyyət qazanma cəhdləri uğursuzluğa məhkumdur.

"Son 7 ayda müşahidə etdiyimiz biabırçı həqiqətlərdən sonra bu məsuliyyətsiz insanlarla görüşlərdə müzakirə edə, işləyə və hətta eyni salonda qala bilmərəm, bu, mənim prinsiplərimə ziddir. Üzv olaraq mandatımı tərk edirəm. İrəvan Ağsaqqallar Şurasının sədri və "Çiçəklənən Ermənistan” partiyasına 2,5 illik əməkdaşlıq və etimad üçün təşəkkür edirəm”,- deyə Arakelyan qeyd edib.

Xatırladaq ki, martın 18-i Baş nazir Nikol Paşinyan 20 iyun tarixində Ermənistanda erkən parlament seçkilərinin keçiriləcəyini elan etmişdi.

Ötən gün isə Paşinyan vəzifəsindən istefa etdiyini açıqlayıb.