Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Kredit maaş kartından birbaşa tutula bilərmi?

Kredit maaş kartından birbaşa tutula bilərmi?

Kanal14.az: - Bu gün banklar məhkəmə qərarı olmadan kredit borcunu vətəndaşın maaş kartına yönəldir, digər tərəfdən də məhkəmə icraçıları əməkhaqqının 50 faizinin tutulmasını ciddi şəkildə tələb edirlər.

Yəni yüksək faizlə kredit götürməklə onsuz da problem yaşayan vətəndaşları hər iki tərəf sıxışdıraraq daha da pis vəziyyətə salırlar.

Banklar məhkəmə qərarı olmadan kredit borcunu vətəndaşın əməkhaqqı kartına yönəldə bilərmi və bu, hansı sxemlə tənzimlənir?

İqtisadçı-ekspert Fuad İbrahimov "Cebheinfo.az”-a bildirib ki, müqavilədə əslində borcu ümumi predmetlə maaşa yönəltmək üçün məhkəmənin qərarı lazımdır:

"Ancaq bəzi hallarda kartı məhz o kredit həddinə əlaqələndirməklə avtomatik surətdə vəsait ordan silinə bilər. Məsələn, maaşı bir bankdan alırsız, eyni bankdan da əlavə kredit götürürsüz. Bu halda məhkəmənin qərarı olmadan borc yarandığı halda avtomatik kartdan silinə bilər. Bu, qanun pozuntusu deyil və hesab edirəm ki, müqavilədə dolayı yolla öz əksini tapır.

Bir də var ki, o banka aid olmayan kartınız var, başqa yerdən maaş alırsız və borcunuz yaranıb. Belə olduğu halda bank mütləq şəkildə məhkəməyə müraciət edir, qərara çıxarılır və iş yerinizə yönəldilir. Bundan qabaq bank özü də birbaşa iş yerinizə məktub yaza bilər. Burada heç bir qanun pozuntusu yoxdur. Vətəndaş imtina edib ödəmədikdə, belə olduğu halda məhkəməyə müraciət olunur. Onun gəlir mənbələri, o cümlədən iş yeri müəyyən edilir və oraya yönəldilir. Məhkəmə sxemi belə tənzimlənir”.