Ermənistan Milli Assambleyasının deputatı istefa verib. 

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistan KİV-lərində qeyd olunur. 

Məlumata görə, deputat Vaaqn Hovakimyan 2022-ci il oktyabrın 3-də istefa ərizəsi verib.

"Milli Məclisin reqlamenti" Konstitusiya Qanununun 155-ci maddəsinin 2-ci hissəsinə əsasən, deputat istefa ərizəsi dərc edildiyi gündən bir həftə ərzində yazılı surətdə öz ərizəsini geri götürə bilər. Əks təqdirdə onun səlahiyyətlərinə Milli Məclisin Sədri tərəfindən xitam verilir.