Gündəm / Dünya

Bir gün əvvəl nazir postundan istefa verdi, həbs edildi

Bir gün əvvəl nazir postundan istefa verdi, həbs edildi

Məhkəmə Ukraynanın keçmiş kənd təsərrüfatı naziri Nikolay Solskini həbs edib.

"Kanal14.az" xəbər verir ki, bu barədə Ukraynanın "RBC.Ukraine” nəşri məlumat yayıb.

Ən yüksək antikorrupsiya məhkəməsinin qərarı ilə o, 75 milyon qrivna (1,89 milyon dollar) məbləğində girov müqabilində azadlığa buraxılma ehtimalı ilə həbs edilib.

Solski qanunsuz olaraq 291 milyon qrivna (7,34 milyon dollar) dəyərində dövlət torpaq sahəsinə sahib olmaqda və 191 milyon qrivna (4,82 milyon dollar) dəyərində başqa torpaq sahəsini ələ keçirməyə cəhddə şübhəli bilinir.

Aprelin 25-də Solski cinayət işinə görə istefa verib.