Gündəm / Siyasət / Cəmiyyət / Hadisə

Xaçatryan 1 milyon girov qarşılığında həbsdən çıxacaq

Xaçatryan 1 milyon girov qarşılığında həbsdən çıxacaq

Ermənistanda silahla xuliqanlıq edən general-leytenant Tiqran Xaçatryan azadlığa buraxılacaq. 

"Kanal14.az" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Bildirilib ki, məhkəmə Xaçatryanın həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə qərar qəbul edib. Ona 5 milyon dram məbləğində girov tətbiq edilib. General girov pulunu ödədikdən sonra həbsdən çıxacaq. 

Qeyd edək ki, İrəvanın Baş Cinayət Məhkəməsi yanvar ayının 15-də Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini Tiqran Xaçatryanı həbs etmişdi.