İrəvanın Baş Cinayət Məhkəməsi xuliqanlıqda təqsirləndirilən general-leytenant Tiqran Xaçatryanı həbs edib. 

"Kanal14.az" erməni KİV-ə istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sabiq müavini barəsində ilkin olaraq iki aylıq həbs-qətimkan tədbiri seçilib. 

Xatırladaq ki, Tiqran Xaçatryana qarşı Cinayət Məcəlləsinin 297-ci maddəsinin 3-cü hissəsi (Silahdan istifadə etməklə və ya silahdan istifadə ilə hədələməklə xuliqanlıq) ilə cinayət işi başlanıb.