Gündəm / Cəmiyyət / Foto

Yenilməz könüllü batalyon - FOTO

Yenilməz könüllü batalyon - FOTO

Bakı şəhəri: 28.04.1992-ci il.
Bakı şəhəri: 28.04.2024-cü il.

Bu gün, xalqımızın yaddaşında simvolik tarixi günlərdən biridir.

Bu gün, işğalçı 11-ci rus ordusunun 28.04.1920-ci ildə müstəqil dovlətimizin ərazisini işğal etdiyi gündür.

Bu tarix, 32 il əvvəl, 28.04.1992-ci il, doğulmaqda və formalaşmaqda olan Yenilməz könüllü batalyonun (Xüsusi Təyinatlı Dəstə) döyüşçüləri üçün, sonradan 239 saylı hərbi hissənin dövlət qeydiyyatına alındığı gündür.

Vətənimizin ərazi bütövlüyü uğrunda rus-erməni hərbi birləşmələrinə qarşı Laçın,Tovuz, Füzuli, Ağdərə istiqamətlərində davam edən müharibələrin qanlı döyüş səngərlərində, düşmənlə üz-üzə döyüş səhnələrində doğulmuş, doyüşdən döyüşə formalaşan, qəhrəmanlıq nümunələri ilə zəngin olan fədakar, qorxmaz Yenilməz könüllü batalyonumuz (məlum olan şəhid və itgin düşən 18 nəfər) şəhidlər verməklə torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edib.

Həmin illərdə Moldaviya Respublikasından könüllü olaraq sıralarımıza qoşulmuş Ruslan Nəriman oğlu Sadıxov 1992-ci ildə Ağdərə rayonu ərazisində düşmənlə növbəti qeyri bərabər döyüşlərin birində qəhrəmancasına şəhid oldu.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.

Döyüşlərdə sağ qalan könüllü döyüşçülərimizin daimi görüş yeri hər il olduğu kimi, bu il də aprelin 28-də Bakı şəhər Şəhidlər Xiyabanı oldu.

Tədbirimiz şəhidlərimizi ziyarət etməklə başlandı.

Allah şəhidlərimizə rəhmət eləsin.


Yenilməz könüllü batalyon - FOTO

Yenilməz könüllü batalyon - FOTO

Yenilməz könüllü batalyon - FOTO

Yenilməz könüllü batalyon - FOTO


Mirfazil Həmid
Demokratik Birlik Partiyasının sədri