Gündəm / İqtisadiyyat / Cəmiyyət

Taleh Kazımovdan "Naxçıvan Bank"la bağlı açıqlama: Bağlanır?

Taleh Kazımovdan

"Naxçıvan Bank”ın hər hansı maliyyə problemi yoxdur”.

"Kanal14.az" APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında deyib.

"Balansı çox keyfiyyətlidir, maliyyə dayanıqlılığı ilə bağlı hər hansı problem yoxdur. Bankın kredit portfelinin bir hissəsi "Kapital Bank”a satılıb. Bankın fəaliyyəti ilə bağlı səhmdarlar tərəfindən qərar veriləcək. Bankın fəaliyyətini necə davam etdirəcəyi və ya BOKT-a çevriləcəyi səhmdarların qərarından asılı olacaq. Amma bunun ümumi maliyyə sabitliyinə hər hansı təsiri yoxdur. Bankın əmanətçilərinin sayı digər banklara nisbətən çox aşağıdır”, - deyə AMB sədri əlavə edib.