Gündəm / Cəmiyyət / Mədəniyyət

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Keçən ildən fərqli olaraq, 2024/2025-ci tədris ili üçün Musiqi sənəti istiqamətinin bakalavriat səviyyəsinə keçiriləcək qabiliyyət imtahanlarında abituriyentlər öncə ixtisas imtahanlarında iştirak edəcəklər.

Dövlət İmtahan Mərkəzindən "Kanal14.az"a verilən xəbərə görə ixtisas imtahanından müsbət qiymət alan abituriyentlər nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edirik ki, orta ixtisas təhsili müəssisələrinin musiqi sənəti istiqaməti üzrə keçiriləcək qabiliyyət imtahanlarında abituriyentlər yalnız ixtisas imtahanı verirlər.