Gündəm / Siyasət / İqtisadiyyat / Cəmiyyət

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"Bu addımın prosesin gedişinə siyasi təsiri o qədər də böyük olmayacaq".

Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Arif Əliyev Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dayandırmasını şərh edərkən deyib.

"Türkiyənin İsraillə münasibətlərdə elə də böyük siyasi tələbi yoxdur. Söhbət Fələstin dövlətinin yaranmasından gedirsə, bu, təkcə Ankaranın deyil, bir çox Avropa ölkələri və ABŞ-ın özünün də istəyidir. Türkiyənin əsas tələbi dinc insanların təhlükəsizliyi, humanitar məsələlərlə bağlıdır. İsrailin seçdiyi taktika, onun yürütdüyü davranış həddən artıq insan faciəsinə gətirib çıxarır. Türkiyənin İsraillə iqtisadi əlaqələri kəsməsinin hansı siyasi nəticələrə hesablandığı və nəyə gətirib çıxaracağını indidən deyə bilmərəm. Ehtimal ki, bu addımın proseslərin gedişinə siyasi təsiri o qədər də böyük olmayacaq. Çünki İsraillə üzdə bir cür, altda isə başqa cür davranan dövlətlər çoxdur. Amma insani, ümumbəşəri baxımdan bu addım geniş rezonans doğuracaq", detə Arif Əliyev bildirib.

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

Həmsöhbətimiz güman edir ki, Ankara bu addımı atmazdan əvvəl itirdiklərini kompensasiya etmək məsələsini də nəzərdən keçirib:

"Çünki bu söhbət birdən-birə ortaya çıxmayıb. Bu məsələ uzun müddət müzakirə olunan təsir formasıdır".

Qeyd edək ki, Türkiyə İsraillə ticarət əlaqələrini dayandırıb. Bu barədə "Bloomberg”ə Türkiyə rəsmiləri məlumat verib.

Qeyd olunub ki, ötən ay Türkiyə bəzi məhsulların İsrailə ixracına məhdudiyyətlər qoyub. Ankara hələ ki, ticarətin dayandırıldığını rəsmən elan etməyib. Ticarət əlaqələrinin nə vaxt və hansı şərtlərlə bərpa olunacağı qeyri-müəyyən olaraq qalır.

Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 2023-cü ilin sonlarına 6,8 milyard dollar olub. Bu dövriyyənin də 74 faizi Türkiyənin ixracının payına düşür.