Gündəm / Şou / Səhiyyə

Reabilitasiya mərkəzi məşhur meyxanaçının müalicəsini öz üzərinə götürdü

Reabilitasiya mərkəzi məşhur meyxanaçının müalicəsini öz üzərinə götürdü

Meyxanaçı Ağakərim Novruzovun müalicəsini ARS Reabilitasiya mərkəzi öz üzərinə götürüb.

Sözü gedən mərkəzdən bildirilən məlumata görə, Ağakərim Novruzovun təkrar ayağa qalxması onun müayinələrinin cavabından asılı olacaq:

"Mərkəzdə belə xəstələr çox olub. Onların böyük əksəriyyətinin də müalicələri effekt verib. Hazırda mərkəzin çəkiliş qrupu Ağakərim Novruzovun evindədir və müayinə aparırlar.

Müayinələrin cavabı açıqlanandan sonra xəstənin yeriyib-yeriməməsi, bir sözlə hərəkət edib-etməməsi ilə bağlı dəqiq cavab veriləcək”.

Qeyd edək ki, meyxanaçı Ağakərim Novruzov uzun illərdir xəstə yatır. O, bir müddət diabetdən əziyyət çəkib. Bundan sonra meyxanaçı 2017-ci ilin mart ayında insult keçirib. 2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirən meyxanaçı o vaxtdan yataq xəstəsidir.