Prezident Vladimir Zelenski Yaponiyanın Rusiyanın təcavüzünə qarşı çıxmaq üçün Ukraynaya daha 100 milyon dollar ayıracağını bildirib. 

"Kanal14.az" xəbər verir ki, bu barədə o, fevralın 28-də "Twitter"də məlumat verib.

"Mən Yaponiyanın baş naziri Fumio Kişida ilə danışıqlar apardım. O, Ukraynanın təcavüzə qarşı mübarizədə göstərdiyi güclü dəstəyə görə təşəkkür etdi. Yaponiya artıq təsdiqlənmiş 100 milyon dollar dəstəyinə əlavə olaraq 100 milyon dollar ayırır", - dövlət başçısı vurğulayıb.

O, həmçinin Yaponiya hökumətinə Rusiya Federasiyasına qarşı sərt sanksiyaları tam dəstəklədiyinə görə təşəkkür edib: "Bunun üçün sizə təşəkkür edirik! Həqiqətən də qlobal anti-müharibə koalisiyası fəaliyyətdədir".