Gündəm / Siyasət / Dünya

Sudanın Baş naziri istefa verdi: “Əmanəti təslim edərək”

Sudanın Baş naziri istefa verdi:

Hurriyyet.az "Anadolu Agentliyi”nə istinadən xəbər verir ki,  Sudanın  Baş naziri Abdullah Hamduk vəzifəsindən istefa verdiyini bildirib. O, dövlət televiziyasındakı çıxışında deyib: "Sudan xalqına yol açmaq üçün əmanəti təslim edərək, istefa verməyi qərara aldım”.

Ölkənin fəlakətə sürüklənməməsi üçün əlindən gələni etdiyini söyləyən Hamduk deyib: "Sudan inqilabı hədəflərinə doğru irəliləyir”.

Vəziyyətin yaxın zamanda nizamlanmayacağı təqdirdə, ölkənin varlığını təhdid edən təhlükəli dönüş nöqtəsində olduğunu bildirən Hamduk bütün səylərinə rəğmən, uzlaşma əldə edilmədiyini bildirib.

Hamduk siyasi böhranı həll eləmək üçün siyasi, hərbi və ümumiyyətlə, bütün tərəflərlə görüşdüyünü, lakin nəticə əldə etmədiyini bildirib.

 Hürr Tərcüman