Qızılın qiyməti rekord vurdu
Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti troya unsiyası üçün 4000 dollardan yuxarı qalxaraq bütün zamanların ən yüksək həddinə çatıb.
"Kanal14.az" xəbər verir ki, qızılın qiyməti 0,35% artım göstərib, lakin Bakı vaxtı ilə 04:54-də qiymət unsiya üçün 3987,4 dollara enərək rekorda yaxın dəyərləri qoruyub.