Qəzzada 1000-dən çox İsrail əsgəri öldürülüb
Rəsmi məlumata görə, 2023-cü ilin oktyabrından bəri Qəzzanı işğal etməyə çalışan İsrail ordusunun 1150-dən çox əsgəri öldürülüb..
Kanal14.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, öldürülənlər içərisində əsgərlərdən əlavə polis zabitləri və daxili təhlükəsizlik xidməti əməkdaşları da var.
Qeyd edək ki, Türkiyə mətbuatı 2 ildir Qəzzada soyqırım həyata keçirən İsrail ordusunun itkilərinin göstəriləndən dəfələrlə çox olduğunu bildirir.