Gündəm / Hadisə / Dünya

Qəzzada ölənlərin sayı 24 min 200-ü keçdi

Qəzzada ölənlərin sayı 24 min 200-ü keçdi

İsrail ordusunun Xan Yunis şəhəri yaxınlığında mülki infrastruktura endirdiyi hava hücumları və artilleriya hücumları 13 mülki şəxsin ölümünə səbəb olub.

"Kanal14.az" xarici mətbuata istinadən xəbər verir ki, bununla da ərazidə bir gündə zərəçəkənlərin sayı 23-ə çatıb.

Agentliyin məlumatına görə, İsrail aviasiyası Xan Yunisin qərbində 4 evi vurub.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin sayı 24 min 200-ü keçib, 61 mindən çox insan xəsarət alıb.