Gündəm / Dünya

İsrail 39 fələstinli məhbusdan ibarət üçüncü qrupu azad edib

İsrail 39 fələstinli məhbusdan ibarət üçüncü qrupu azad edib

İsrail fələstinli məhbusların 39 nəfərlik üçüncü qrupunu azad edib.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Azad olunan məhbuslar əsasən yeniyetmələrdir. Onlar avtobusla Ramallaha gətiriliblər.

Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari daha öncə Qəzzada saxlanılan 13 israillinin azad edilməsi müqabilində 39 fələstinli mülki şəxsin azad olunacağını söyləmişdi.