Gündəm / Dünya

"HƏMAS-ın bu təklifini qəbul et!" - İsrail KİV-dən Netanyahuya


İsrail mətbuatı Qəzza zolağında əsir saxlanılan israillilərin azad edilməsi müqabilində İsrail həbsxanalarındakı bütün fələstinli məhbusların azadlığa buraxılmasına çağırıb.

"Kanal14.az" xəbər verir ki, "Haaretz" qəzeti İsrail həbsxanalarındakı fələstinli məhbuslar məsələsinə toxunaraq, girovların evlərinə qayıtması üçün lazım olan hər şeyin edilməsi lazım olduğunu vurğulayıb.

"Haaretz” qəzeti bugünkü məqaləsində İsrail həbsxanalarında olan fələstinli məhbuslarla bağlı məsələni müzakirə edib.

"İsrail bütün fələstinli təhlükəsizlik məhbuslarını dərhal azad etməli, izdihamlı meyitxanalardakı soyuducuları boşaltmalı və girovların evlərinə qaytarılması üçün lazım olan hər şeyi etməlidir. Dərhal, bu gün!".

KİV bu vəzifənin İsrailin, İsrail hökumətinin, baş nazirinin, parlamentinin, prezidentinin, mühafizəçilərinin və baş ravvininin çiyinlərinə düşdüyü və girovların evlərinə qaytarılması üçün mümkün olan hər şeyin edilməli olduğu bildirib. 

"Hökumət izah etməlidir ki, girovları geri qaytarmaq onun ən mühüm məqsədidir. Dövlətin 229 nəfəri qurban vermək səlahiyyəti yoxdur, ona bu səlahiyyəti heç kim verməyəcək".

Oktyabrın 28-də HƏMAS-ın Qəzza rəhbəri Yəhya Sinvar verdiyi açıqlamada, İsrailin əsirlərinin azad edilməsi müqabilində həbsxanalardakı bütün fələstinli məhbusları azad etməsini nəzərdə tutan razılaşmaya hazır olduqlarını açıqlayıb.