"Kanal14.az" xəbər verir ki, ABŞ da bu qətli pisləyib və jurnalisti "əfsanəvi reportyor " adlandırıb.

51 yaşlı Əbu Əqla işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin basqını izləyərkən həlak olub. Onun prodüseri xəsarət alıb.

Əl-Cəzirə İsrail əsgərlərinin onu "qəsdən” vurduğunu bildirib. İsrailin Baş naziri deyib ki, onun fələstinli silahlılar tərəfindən vurulması ehtimalı var.