Gündəm / Dünya

İsrail-HƏMAS arasında girov müqaviləsi ilə bağlı təfərrüatlar

İsrail-HƏMAS arasında girov müqaviləsi ilə bağlı təfərrüatlar

Radikal HƏMAS hərəkatı ilə İsrail arasında girovların mübadiləsinə dair razılaşma iki mərhələdə baş tutacaq, əvvəlcə 50 nəfər, sonra isə daha 30 nəfər azad ediləcək.

"Kanal14.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

"Müqavilə iki mərhələdən ibarətdir. Birincisi çərçivəsində dörd gün ərzində 30 uşaq, 8 ana və daha 12 qadın evə buraxılacaq. İkinci mərhələdə üç gün ərzində 30-a qədər girov azad ediləcək. Hazırkı mərhələdə qeyri-İsrail əsilli girovlar azad oluna bilər”, - nəşr danışıqlar prosesi ilə tanış olan mənbələrə istinadən yazır.

İsrail buna cavab olaraq qadın və uşaqlar da daxil olmaqla 150-yə qədər fələstinli məhbusu azad edəcək. Eyni zamanda, İsrail daha 50 girovun azad edilməsindən sonra daha 150 fələstinlinin azad ediləcəyini etiraf edir.

İsrail əlavə edib ki, atəşkəsin hər günü daha on girovun azad edilməsindən asılı olacaq.