Gündəm / Cəmiyyət / Dünya

İsrail və HƏMAS girovlar barədə razılığa gəlib

İsrail və HƏMAS girovlar barədə razılığa gəlib

İsrail və HƏMAS hərəkatının rəhbərliyi qadın və uşaqların mübadiləsi barədə razılığa gəliblər.

"Kanal14.az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas" telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Kanal İsrailin neçə nəfəri azad etmək qərarına gəldiyini açıqlamasa da, HƏMAS-ın oktyabrın 7-dən bəri girovluqda olan 100 qadın və uşağın mübadiləsinə razı olduğu bildirilir.

Girovların dəyişdirilmə tarixi məlum deyil. Kanalın məlumatına görə, Qətərin vasitəçiliyi ilə məhbusların mübadiləsi barədə razılığa gəlmək mümkün olub, detalların müzakirəsi bir neçə gün davam edib.