Gündəm / Sosial

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

 Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
DİA.AZ: - 2021-ci il mart ayının 2-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən DİA.AZ-a verilən məlumata görə,

- Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 37 cinayətin üstü "isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılmışdır.