Gündəm / Sosial

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
 
 
 
 
 

 
 
2021-ci il fevral ayının 16-da daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən DİA.AZ-a verilən məlumata görə,

- Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 33 cinayətin üstü "isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılmışdır. / Dia.az