Dünya

Türkiyədə növbəti “FETO əməliyyatı” – 141 nəfər saxlanıldı

Türkiyədə növbəti

Hazırda ABŞ-da yaşayan məşhir din adamı Fətullah Gülənin Türkiyədəki tərəfdarlarına qarşı əməliyyatlar davam edir.

Kanal14.az bildirir ki, dünən axşam saatlarında İzmir də daxil olmaqla 22 şəhərdə keçirilən əməliyyatlar nəticəsində 141 nəfər saxlanılıb.

Saxlanılanların hamısının Türkiyə Hava Qoşunlarının əməkdaşları olduğu bildirilir.

Həmin şəxslər 2004-2016-cı illərdə Türkiyə Hava Qoşunlarına keçirilən qəbul imtahanlarında terror təşkilatına yaxın olan şəxslərə köməklik göstərməkdə günahlandırılırlar.

(Yenisabah.az)