Gündəm / Dünya

18 ildə "Forex" əməliyyatı

18 ildə

"Kanal14.az" "Ntvturk"ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Kiber Cinayətlərlə Mübarizə Şöbəsi tərəfindən 18 vilayətdə dələduzluq əməliyyatı keçirilib. Şübhəlilərin 10 milyard TL qazanc əldə etdikləri müəyyən edilib. Ölkə daxilində keçirilən əməliyyatlar nəticəsində çoxlu sayda insan saxlanılıb.

İstanbul Polis İdarəsi Kiber Cinayətlərlə Mübarizə Şöbəsi qrupları, forex investisiya fırıldaqçılığı ilə bağlı texniki və fiziki təqib nəticəsində əvvəlcədən müəyyən edilən 22 rayonda 88 ünvanda 153 şübhəliyə qarşı eyni vaxtda əməliyyat keçirib. Əməliyyata Kiber Cinayətlərə Qarşı Mübarizə Şöbə Müdirliyi qrupları ilə yanaşı, Xüsusi Əməliyyat Polisi və bir polis helikopteri də havadan dəstək verib.

Əməliyyat çərçivəsində Esenyurt Koza Məhəlləsində lüks bir kompleksdə bir mənzilə basqın edilib. Basqın nəticəsində qruplar evdə axtarış aparıblar. Şübhəlilərin evində aparılan axtarışlar zamanı bəzi rəqəmsal materiallar ələ keçirilib. Əməliyyatdan sonra xeyli insan saxlanılıb. Saxlanılan şübhəlilər ifadəsi alınmaq üçün İstanbul Təhlükəsizlik Müdirliyinə aparılıb.

Əməliyyat Ankara, İzmir, Kocaeli və Diyarbəkirlə yanaşı İstanbul başda olmaqla 18 vilayətdə eyni vaxtda həyata keçirilib. Kiber Cinayətlərə Qarşı Mübarizə Şöbəsi qruplarının texniki və fiziki təqibi nəticəsində şübhəlilərin 18 vilayətdə təxminən 10 milyard TL qazanc əldə etdikləri müəyyən edilib. Əməliyyatlarda saxlanılanların istintaqı davam etdirilir.

Kanal14.az
Anarə Muhəmməd