Gündəm / Cəmiyyət / Dünya

Bir vaxtlar mövcud olmuş ölkələr - SİYAHI

Bir vaxtlar mövcud olmuş ölkələr - SİYAHI

Tarix boyu dünya xəritəsində görünən, lakin zamanla yoxa çıxan bir çox dövlətlər geridə əsrarəngiz hekayələr qoyub. Bəzi müharibələr, bəzi siyasi intriqalarla tarix səhnəsindən silinən bu ölkələr sanki tarixin labirintində itiblər.

"Kanal14.az" bir vaxtlar mövcud olmuş ölkələri təqdim edir:

- Birma

Birma rəsmi olaraq 1989-cu ildə adını Myanma olaraq dəyişdirilib. Lakin bir çox ölkələr bu dəyişikliyi hələ də tanımır.

- Seylon

Hind okeanında yerləşən bu ada ölkəsi 1972-ci ildə adını dəyişərək Şri-Lanka olub.

- Sıkkım

Sıkkım 17-ci əsrdən 1975-ci ilə qədər müstəqil bir krallıq idi. Hazırda Hindistanın bir hissəsidir.

- Həbəşistan (Efiopiya İmperiyası)

Afrikanın şimal-şərqindəki bir krallıq olan Həbəşistan 20-ci əsrin əvvəllərində Eritreya və Efiopiya əyalətlərinə bölünüb.

- Tibet

VII əsrdə krallıq olaraq qurulan Tibet 1950-ci ildə Çin tərəfindən işğal edilib və hazırda Çinin Xizang Muxtar Bölgəsi kimi tanınır.

- Avstriya və Macarıstan imperiyası

1867-ci ildə qurulan bu imperiyaya Avstriya və Macarıstan, eləcə də bir çox Mərkəzi Avropa və Balkan ölkələri daxil idi. Birinci Dünya Müharibəsinin sonunda dağılıb.

- Çexoslovakiya

Şərqi Avropada yerləşən Çexoslovakiya 1993-cü ildə sülh yolu ilə Çexiya və Slovakiyaya bölünüb.

- Pruss

1660-cı ildə qurulan Prussiya müasir Almaniyanın şimalını və qərbi Polşanı əhatə edən bir krallıq idi. İkinci Dünya Müharibəsinin sonunda dağılıb.

- Qran Kolumbiya

1819-1830-cu illər arasında indiki Kolumbiya, Panama, Venesuela və Ekvadorun daxil olduğu Qran Kolumbiya, Venesuela və Ekvadorun ittifaqdan ayrılması ilə sona çatıb.