Gündəm / İqtisadiyyat / Təhsil

İki direktoru olan liseydə YENİ MÜƏMMA - GİLEY

İki direktoru olan liseydə YENİ MÜƏMMA - GİLEY

"Vaxtı ilə 126 nömrəli məktəb olan, indi isə "Vətən İdman Liseyi” kimi fəaliyyət göstərən müəssisə uzun müddətdir ki, istifadəyə verilə bilmir.”

"Kanal14.az" bildirir ki, bu sözlər Gununsesi.info-ya adıçəkilən liseyin bir qrup müəllim və valideynləri yolladıqları şikayət ərizəsində qeyd edib.

Vətəndaşlar yazır ki, xeyli vaxtdır sözügedən müəssisə təmir olunsa da, amma açılışı baş tutmur.

"Hər dəfə bir bəhanə ilə müddət uzadılır, olan isə müəllim və şagirdlərə olur”– deyə narazılar bildirir.

Hətta belə bir iddia var ki, lisey ləğv olunacaq, yerində biznesyönümlü nələrsə istifadəyə veriləcək.

O cümlədən, sözügedən müəssisənin iki direktorunun olduğu bildirilir.

İki direktoru olan liseydə YENİ MÜƏMMA - GİLEY

Məsələ ilə bağlı əlaqədar qurumlardan açıqlama almağa çalışdıq.

Sorğumuza cavab olaraq liseyin vaxtlarda açılacağı deyildi.

Ancaq yenə də konkret zaman deyilmədi.

Mövzuya qayıdacağıq.