Gündəm / Siyasət / Dünya

"İrəvan və Moskva arasında dialoqun inkişafını gözləyirəm" - Paşinyandan Putinə məktub


Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə doğum günü münasibətilə təbrik məktubu göndərib.

"Kanal14.az" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

"Hesab edirik ki, hazırkı mərhələdə Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə yönəlmiş ardıcıl fəaliyyətin zəruriliyi xüsusi vurğulanır.

Mən İrəvan və Moskva arasında qarşılıqlı faydalı fəaliyyətin birgə fəallaşdırılmasını, eləcə də qarşılıqlı anlaşma, etimada və dövlətlərimizin maraqlarının nəzərə alınmasına əsaslanan çoxşaxəli dialoqun inkişafını gözləyirəm", - məktubda deyilir.