Gündəm / Dünya

"Ukraynaya dəstəyi dayandırsaq, müharibə 15 günə bitəcək" - Borrell


Əgər biz Ukraynaya dəstəyi dayandırsaq, müharibə 15 günə bitəcək. 

"Kanal14.az" xəbər verir ki, bunu "20 Minutos” qəzetinə müsahibəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell deyib.

"Bir çox insanlar müharibənin mümkün qədər tez bitməsini istəyir və ukraynalılar ilk növbədə bunu istəyirlər. Əgər biz Ukraynaya dəstəyi dayandırsaq, on beş günə müharibə bitəcək və Putin öz məqsədlərinə çatacaq. Bəs biz bunu ukraynalıların və biz avropalıların təhlükəsizliyi üçün istəyirik? Biz hər şeyi etməliyik ki, vaxtı gələndə danışıqlar Ukraynanın suverenliyi və ərazi bütövlüyü üçün əlverişli şəraitdə aparılsın", - diplomat bildirib.