Gündəm / Dünya

"HƏMAS-ı İsrail qurub və maliyyələşdirib" - Borrell


Avropa İttifaqından HƏMAS ilə toqquşmasını davam etdirən İsraili qəzəbləndirəcək açıqlama verilib.

"Kanal14.az" xəbər verir ki, Birliyin diplomatiya rəhbəri Josep Borrell, "Həması quran və maliyyələşdirən İsraildir" deyib.

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İspaniyanın paytaxtı Madriddə Next Educacion Universitetində qatıldığı forumdakı çıxışında İsrailə qarşı tənqidlərinə davam edib.

"Mən demirəm ki, İsrail çeklər göndərməklə HƏMAS-ı maliyyələşdirir, lakin bu, HƏMAS-ın inkişafına şərait yaradıb” deyən Borrell, son həftələrdə dilə gətirdiyi "Həması quran və maliyyələşdirən İsraildir” iddiasını təkrarlayıb.

AB Ali Nümayəndəsi, "İsrailin Fəth hərəkatına qarşı qüvvə yaradaraq fələstinliləri parçalamağa çalışdığı danılmaz bir həqiqətdir. 

Borrell çıxışı zamanı Fələstin dövlətinin tanındığı iki dövlətli həll təklifini təkrarlayıb və İsraili "buna qarşı çıxdıqlarına, eyni zamanda heç bir həll irəli sürmədiyinə" görə tənqid edib.

"30 ildir bu həllin mümkünlüyünə mane olan Netanyahu hökumətindən başqa hamı bu məsələdə həmfikir kimi görünür. İsrail istəmədiyini deyir, amma istədiyini demir. Onların həlli nədir? Bununla belə, daha yaxşı alternativlər var."