Gündəm / Siyasət / Dünya

Aİ diplomatiyasının rəhbəri Rusiya, ABŞ və yığılan böhranlardan şikayətlənib

Aİ diplomatiyasının rəhbəri Rusiya, ABŞ və yığılan böhranlardan şikayətlənib

"Kanal14.az" "Ntv.ru"ya istinadən xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrell dünyada artan gərginlikdən və ona qarşı mübarizədə birliyin olmamasından danışıb.

Josep Borrell, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, "Nyu-Yorkda keçirdiyimiz bu 3 gün BMT-nin dünyanın vəziyyətinin güzgüsü olması ilə bağlı köhnə deyimi təsdiqlədi. Ukraynadan kənara baxsaq, qlobal böhranlar yığılır, lakin qlobal reaksiya ya bloklanır, ya da qeyri-kafidir. Liderlik və birlik yoxdur” - deyə, bildirib.

Borrel həmçinin, qeyd edib edib ki, "Ukraynadakı münaqişə və ÇXR ilə ABŞ arasındakı gərginlik "qaydalara əsaslanan beynəlxalq nizam” adlandırdığımız quruluşu parçalayır. Buna görə də, yaxın gələcəkdə Aİ "böhranlarla dolu dünyanın artan ehtiyaclarına və gözləntilərinə daha fəal və diqqətli olmalıdır"

Xatırladaq ki, BMT Baş Assambleyası bu yaxınlarda Ukrayna üzrə xüsusi sessiyası zamanı xüsusi hərbi əməliyyatın ildönümünə həsr olunmuş anti-Rusiya qətnaməsi qəbul edib .

Kanal14.az
Samirə Əsgərova