Gündəm / Siyasət / Cəmiyyət / Dünya

Y.Stoltenberq: Rusiya müharibəni davam etdirmək istəyir

Y.Stoltenberq: Rusiya müharibəni davam etdirmək istəyir

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, bu gün NATO-dan Rusiya lideri Vladimir Putinin bəyanatlarına çox sərt reaksiya gəlib.

"Kanal14.az” CNN-ə istinadən bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Yeni START sazişində iştirakını dayandırmasını bütün silahlara nəzarət arxitekturasının dağılması kimi qiymətləndirib və Rusiyanı öz qərarına yenidən baxmağa çağırıb.

Stoltenberq NATO-nun mənzil-qərargahında Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Rusiya prezidenti Vladimir Putinin Yeni START razılaşmasını dayandırmaq qərarını dəyərləndirən Stoltenberq bu qərarından təəssüfləndiyini bildirib.

"Son illərdə Rusiya əsas silahlara nəzarət razılaşmalarını pozub və ya tərk edib" - deyə, Stoltenberq bildirib.
"Yeni START ilə bağlı bugünkü qərarla bütün silah idarəetmə arxitekturası çökdü. Mən Rusiyaya öz qərarını yenidən nəzərdən keçirməyi və mövcud razılaşmalara hörmət etməyi şiddətlə tövsiyə edirəm".

Putin bugünkü çıxışında bildirib ki, Rusiya qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyan ABŞ-la Yeni START-da iştirakını dayandıracaq.

Stoltenberq Putinin Qərb ölkələrini günahlandıran bəyanatlarından da aydın danışıb.

"Heç kim Rusiyaya hücum etmir" dedi Stoltenberq. Rusiya təcavüzkardır. Putin gərginliyi artırır. "Putin bu gün göstərdi ki, o, müharibəni davam etdirmək istəyir.

Kanal14.az
N.Məmərli