Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov NATO-nun çağırışlarına cavab verib.

"Kanal14.az" "RİA Novosti”yə istinadən bildirir ki, o, Qərbin gərginliyi məqsədli şəkildə artırmaq istədiyini deyib.

"ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya siyasəti yalanlarla doludur. Rusiya kimisə təhdid etmir. Qərbin bəyanatları Rusiya sərhədləri yaxınlığına daha çox NATO qoşunlarının yerləşdirilməsi üçün bəhanədir”, - o vurğulayıb.

Qeyd edək ki, NATO Baş katibi Yents Stoltenberq fevralın 19-da Rusiyanı qoşunlarını Ukrayna sərhədindən geri çəkməyə çağırıb.