Gündəm / Cəmiyyət / Sosial / Səhiyyə / Video

Orta məktəbdə müəllimlərimiz, "torpağımızın hər qarışı sərvətdir" deyərkən, yəqin bunları nəzərdə tuturmuş... - Xətai rayonunun "hər addımında" qanunsuz tikintilər // VİDEO + FOTO

Orta məktəbdə müəllimlərimiz,

Xətai rayonu Kazımağa Kərimov küçəsində aparılan qanunsuz tikintilərdən bir neçəsi artıq başa çatdırılıb.

"DogruXeber.az" bildirir ki, bir zamanlar Gözdə pərdə asmaq üçün Kazımağa Kərimov küçəsində üzbəüz aparılan iki qanunsuz obyekt tikintisi dayandırıldı. Daha doğrusu aidiyyatı qurumdan redaksiyamıza dayandırıldığı bildirildi. Lakin, sonradan məlum oldu ki, sən demə sadəcə növbə dəyişdirilib. Yəni, gündüzlər aparılan tikinti, yalnız gecələr aparılmağa başladı. Bu barədə redaksiyamız tərəfindən Xətai rayon icra hakimiyyətinə və digər aidiyyatı qurumlara məlumat verilsə də, qanunsuz olduğunu özləri təsdiq edən qurumlar, hansısa "müəmmalı" səbəblərdən özlərini təkcə görməməzliyə deyil, eyni zamanda eşitməməzliyə də vurub, susdular.

Və budur, l həmin obyektlər artıq icarəyə verilir. Hətta, deyəsən biri artıq verilib də.

Orta məktəbdə müəllimlərimiz,

Orta məktəbdə müəllimlərimiz,


Bundan əlavə, elə həmin ərazidə- Kazımağa Kərimov küçəsində köhnə yataqxananın həyətində iki mərtəbəli böyük bir ev ucaldıldı. Buna da özlərinə belə haqq qazandırdılar ki, "tikintini aparan şəhid ailəsidir".

Amma, həmin evin bir neçə addımlığında, köhnə yataqxananın həyətində daha bir tikintinin əsası qoyulub.



Görüntülərdə gördüyünüz digər tikinti isə Köhnə Günəşli qəsəbəsində general Mehmandarov küçəsində aparılır.

Görünür, "dəyirman öz işindədir, çak-çak baş ağrıdır" sadəcə.

Yenə də Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, ən əsası isə Rayonun rəhbəri - Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyev kimsəyə məhəl qoymadan, başlarını aşağı salıb, maneəsiz şəkildə "öz işlərini aparırlar".

Amma, bu prinsiplə:

Söz mənim, ev mənim, əsrar mənim,
Ərzü namus mənim, ar mənim,
Mal mənim, məsləhəti-kar mənim,
Satıram, dövləti-Qacar mənim,
Kimə nə dəxli ki, mən şey satıram?!
Ay alan! Məmləkəti-Rey satıram!

Allah rəhmət eləsin sənə , böyük şair M.Ə.Sabir, məmur özbaşınalıqlarının, korrupsiyanın hər cürəsi barəsində hər hərfindən həqiqət tökülən misraların var.
Amma, nə yazıq ki, sənin misralarının hikməti vəzifə kürsüsündə əyləşənlərin nəfsinə qalib gələ bilmədi.
Görünür, hətta qanunlar da bu aidiyyatı qurumların, birinci növbədə isə rayon rəhbərliyinin nəfsləri qarşısında acizdir.

Əgər, dövlət qurumlarının özlərinin qanunsuz olduğunu etiraf etdikləri işlər bu gün də davam etdirilirsə, hətta bəziləri başa çatdırılıbsa, belə çıxır ki, "məmurlar qanunları, qanunlar sadəcə sıravi vətəndaşları idarə edir".

Qeyd edək ki, Xətai rayonunda aparılan tikintilər kifayət qədərdir. Elə, bu səbəbdəndir ki, Həzi Aslanov qəsəbəsində taksi sifariş edəndə, xəritə ilə gələn sürücü sifariş verilən ünvana çatmamış kiminsə həyətinin qarşısında yol bitir. Məsələn, Corat küçəsinin bir hissəsində yol üçün nəzərdə tutulmuş ərazidə yaşayış evləri mövcuddur.

Bundan əlavə, yüksək gərginlikli elektrik xətləri çoxlarının düz həyətindən, evinin üstündən keçir. Hətta, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi dirəklərdən xanımlar paltar sərmək üçün istifadə edirlər, çünki, həyətlərindəki dirəkləri insanlar şəxsi mülkləri hesab etməyə başlayıblar.

Hələ qala deyilən böyük köhnə daş divarın dibində qısa müddətdə tələm-tələsik tikilən üç mərtəbəli yaşayış evini demirik.

Orta məktəbdə müəllimlərimiz,

Amma, bu qədər "ruzili" ərazinin - Əhmədli qəsəbəsinin küçələr bərbad vəziyyətdə, hətta bəzi hissələri - əsasən də dəmir yol xəttinin keçdiyi ərazilərdə sıx qamışlıqlar, kolluqlar çaqqal - tülkü yuvası olub. Camaat balaca hava qaraldıqda küçəyə çıxmağa ehtiyat edirlər, üstəlik həmin ərazilərdəki məişət tullantıları da sağlamlıq üçün ən qorxulu təhlükədir. Lakin, rayon rəhbərliyi qanunsuz aparılan tikintiləri görməmək üçün "gözlərini elə möhkəm yumub ki," ümumiyyətlə heç bir problemi görmür.

O, "gözləri açmaq üçün" nə qədər sorğular göndərib, məlumatlar yayımlasaq da müsbət nəticəyə vara bilmirik. Çünki...

Müdriklər gözəl deyib, "Çobanın könlü olsa (!), təkədən pendir tutar.

Bəlli ki, könülləri yoxdur.

P.S: Qeyd edək ki, daxil olan məlumatlarla bağlı Xətai Rayon İcra Hakimiyyətinə və digər aidiyyatı qurumlara tərəfimizdən rəsmi sorğular göndərilib.

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az