Gündəm / Cəmiyyət / Foto

Bu rayonun icra hakimiyyəti hansı qanunlarla çalışır? - FOTO

Bu rayonun icra hakimiyyəti hansı qanunlarla çalışır? - FOTO

Kanal14.az: - Xətai rayonu ərazisində ətrafa biraz diqqətlə nəzər salanda adama elə gəlir ki, bu rayonda bir idarəedici qurum, yaxud rəhbər yoxdur.

Məsələn, 8 noyabr (keçmiş Nobel) prospekti boyunca "boşuna basdırılmış artıq işıq dirəkləri" (bir neçəsinin işığı yanmır), yay-qış prospektdə və Həzi Aslanov qəsəbəsinin küçələrində axan kanalizasiya suları, ot, qamış, tıkan basmış küçələr, ara küçələrdə "ayaq tutub yeriyən" məişət tullantıları, "hörümçək toru" kimi yaşayış evlərinin üstündə mövcud olan yüksək gərginlikli elektrik xətləri və sair azmış kimi, üstəlik də qanunsuz tikintilər maneəsiz şəkildə davam etdirilir.

Əslində, bu ilk deyil, biz dəfələrlə "DogruXeber.az" informasiya portalında bu barədə yazmışıq. Hətta, yazmaqla da qalmayıb, Xətai rayon İcra Hakimiyyətinə, həmçinin Şəhərsalma və Arxitektura Komitəsinə də məlumat vermişik. Amma, davam edən eyni proseslərə nəzər salanda görürük ki, biz özümüzü boş yerə yoruruq. Necə deyərlər, "satan məmnun, alan məmnun".

ARXKOM-un qanunsuz tikintilərə susması razılıq əlamətidir ? - FOTO

Xətai rayonunda bu tikintilərə kimlər, niyə göz yumur ? - FOTO

Biz bir müddət əvvəl Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində gecələr aparılan qanunsuz tikinti ilə bağlı məlumat vermişdik. Hətta, bununla bağlı Şəhərsalma və Arxitektura Komitəsinə, eyni zamanda Xətai rayon İcra Hakimiyyətinə də bildirmişdik. Amma, biz məlumat verdikdən dərhal sonra tələm-tələsik bir gecənin içində həmin tikintinin hətta ikinci mərtəbəsini tamamlayıb, dam örtüyünü vurdular və bununla da işi bitmiş göstərdilər. Ardından bir qədər sonra isə gecələrin birində həmin tikinti ilə üzbəüz daha bir çoxmərtəbəli tikinti obyektinin inşa etdirildiyini gördük. Hansı ki, elə bir neçə gün əvvəl bu barədə "DogruXeber.az" informasiya portalında məlumat dərc etdik və eyni zamanda, həmişə olduğu kimi aidiyyatı üzrə qurumlara da bildirdik.

Şəhərsalma və Arxitektura Komitəsi də redaksiyamıza cavab bildirdi ki, tərəflərindən nümayəndə göndərilib, tikintinin qanunsuz olduğu aşkar edilib və dayandırılıb.

Bu rayonun icra hakimiyyəti hansı qanunlarla çalışır? - FOTO

Bu rayonun icra hakimiyyəti hansı qanunlarla çalışır? - FOTO


Bu gün isə redaksiyamıza daha bir məlumat və fotoşəkil daxil olub.

Bu rayonun icra hakimiyyəti hansı qanunlarla çalışır? - FOTO


Gördüyünüz bu tikinti də Kazımağa Kərimov küçəsində aparılır. Özü də həmin o dayandırıldığı deyilən tikintinin cəmi bir neçə metrliyində.

Yeri gəlmişkən qeyd edək ki, fotoda gördüyünüz həmin bu tikintinin arxasında ikimərtəbəli köhnə yataqxana binası var idi və orada məcburi köçgünlər yaşayırdılar.

Məcburi köçgünlər təqribən iki il əvvəl oradan köçürüldü və köhnə yataqxana söküldü. Sakinlərin redaksiyamıza bildirdiyinə görə yataqxananın yeri həyətyanı kimi satılıb, həyətində isə yolun tam yanında iki mərtəbəli bu tikinti inşa edilib.
Görünür, Xətai rayon icra hakimiyyəti, Xətai rayon bələdiyyəsi, Fövqəladə Hallar Nazirliyi və ARXKOM "gecə-gündüz yorulmadan çalışır".

Biz də onların bu"misilsiz fəaliyyəti"ni ictimailəşdirməyi özümüzə borc bilirik.

Mövzu diqqətimizdədir.

Yeri gəlmişkən, kanalizasiya sularının qurumağa imkan vermədiyi küçələrdən biri də həmin bu küçədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


Jalə Asiman
DogruXeber.az


Bu rayonun icra hakimiyyəti hansı qanunlarla çalışır? - FOTO