Gündəm / Cəmiyyət / Sosial / Video

Xətai rayonunun problemləri bitmir - VİDEO

Xətai rayonunun problemləri bitmir - VİDEO

"Kanal14.az" "DogruXeber.az"a istinadən  xəbər verir ki, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi Kazımağa Kərimov küçəsi 5 A ünvanının yaxinlığında kanalizasiya suları küçəyə axır.

İnsanların sıx yaşadığı bu ərazidə küçəyə axan çirkab suların üfunətli qoxusu antisanitar vəziyyət yaradır, eyni zamanda ərazidə yaşayan sakinlərin 8 noyabr prospektinə - avtobus dayanacağına gediş-gəlişini çətinləşdirir.

Video üçün linkə toxunun !!!

Qeyd edək ki, Kazımağa Kərimov küçəsinin digər ərazisində - "Gədəbəy kafesi" ərazisində də kanalizasiya suları artıq günlərdir ki, küçəyə axır. Hansı ki, biz həmin ərazinin də görüntülərini bir müddət öncə yayımlamışdıq.

Doğrudur, görüntüləri təqdim etdikdən dərhal sonra problem aradan qaldırılmışdı. Amma, görünür, bu ərazidəki kanalizasiya problemləri köklü həll olunmadığından tez-tez təkrar olunur.

Bu gün iş günü olmadığından aidiyyatı qurumlarla əlaqə saxlamaq mümkün olmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az