Gündəm / Cəmiyyət / Video

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri - Video

Ağdam rəhbərliyinin başdangetdi

Sabiq başçı Lütfəli Babayev misalı, Vaqif Həsənovun "diqqət və qayğısı" sayəsində Ağdam rayonunda narazılıqlar daha da artmaqdadır.

Zaman-zaman "DogruXeber.az" informasiya portalında, eləcə də digər saytlarda Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun "yeyib-içən", "məclis əhli" olduğundan, vətəndaşlarla kobud davranışından, eləcə də yerli sakinləri qəbul etməməsindən, onların həlli icra hakimiyyətinin səlahiyyətlərinə daxil olan problemlərinə qarşı laqeydliyindən bəhs edən məlumatlar dərc olunub, yayımlanıb.

Elə bu biganəliyin yaratdığı narazılıqlardan, icra başçısı Vaqif Həsənovun, heçolmasa qazi və veteranlara, şəhid ailələrinə qarşı diqqət göstərmədiyindən haqlı olaraq qıcıq olan Ağdam sakinləri, onun Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət komitəsində işləyən oğlunun 44 günlük ikinci vətən müharibəsində harada olduğu, niyə müharibədə iştirak etmədiyi sualı ilə mətbuata müraciət etmişdilər. Onların sözlərinə görə, "torpaqların işğaldan azad olunmasında heç bir dəstəyi olmayan, hətta oğlunu müharibədən gizlədən" Vaqif Həsənov işğaldan azad olunmuş ərazilərdən də öz maraqları üçün yararlanmağı bacarıb.

Yuxarıda sadalanan "məharətlər"i ilə gündəmdən düşməyən icra başçısı, görünür, rayonun sakinlərinə qarşı olduğu kimi, ərazisində aparılan işlərə qarşı da biganədir.

Facebook sosial şəbəkəsində yayımlanan bu görüntüləri görəndə bəlli olur ki, Ağdam rayonunda dövlətin pulları yararsız işlərlə israf olunur.

Video !

Quzanlı qəsəbəsinin girişində, Əlillər binasının qarşısında salınmış gözəl səkinin, avtomobil yolunun kəsdiyi hissəsindəki uçuq - sökük vəziyyətdə olan kanalizasiya quyusu səkidən istifadə edən və bu durumdan xəbərsiz olan insanlar üçün aşkar təhlükə yaradır.

Ağdam rayonunun Quzanlı qəsəbəsindəki bu "mənzərə"dən demək olar ki, bütün ölkə xəbərdar olsa da, deyəsən icra hakimiyyətinin hələ də "xəbəri yoxdur" ki, bu boyda həngaməyə heç "tükü də tərpənməyib".

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az