Gündəm / Hadisə / Dünya

İndoneziyada 2200-dən çox insan təxliyə edildi

İndoneziyada 2200-dən çox insan təxliyə edildi

İndoneziyanın şərqində yerləşən Levotobi vulkanında aktivliyin artması səbəbindən 2200-dən çox ölkə sakini müvəqqəti sığınacaqlara təxliyə edilib.

"Kanal14.az" xarici mətbuata istinadən xəbər verir ki, Levotobi vulkanı son həftələrdə bir neçə dəfə püskürüb. Yanvarın 1-də baş verən püskürmə xüsusilə güclü olub. Püskürmə zamanı vulkanik külü dağın zirvəsindən bir yarım kilometr hündürlüyə qalxdı və yaxınlıqdakı iki əraziyə təsir göstərib. Yerli hakimiyyət orqanları 2259 nəfəri xüsusi yaradılmış müvəqqəti sığınacaqlara təxliyə etmək məcburiyyətində qalıb.