İndoneziyada Merapi dağının püskürməsi nəticəsində 253 nəfər müvəqqəti sığınacaqlara təxliyə edilib.

"Kanal14.az" xəbər verir ki, əhalinin sıx məskunlaşdığı Yava adasındakı Merapi dağında baş verən püskürmələr yaxınlıqdakı yaşayış məntəqələrini külə bürüyüb. 

Səlahiyyətlilər, vulkanın ən azı 7 dəfə isti kül buludları püskürtdüyünü, qaya, lava və qaz qarışığı olan sürətli dalğaların yamaclarda 5 kilometrə qədər endiyini bildirib.