Gündəm / Siyasət / Dünya

KTMT-dən Ermənistanın maliyyələşdirməni dayandırmasına REAKSİYA

KTMT-dən Ermənistanın maliyyələşdirməni dayandırmasına REAKSİYA

KTMT Ermənistanın təşkilatı maliyyələşdirməyi dayandırmaq planlarından xəbərdar olduqlarını bəyan edib.

"Kanal14.az" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Hal-hazırda onların maliyyələşmədə iştirak etmədiyi barədə qərardan xəbərdar idik. Amma bu o demək deyil ki, onlar təşkilata üzv olmaqdan imtina edirlər”, - deyə KTMT-dən bildirilib.

Bundan əvvəl İrəvanın KTMT-nin illik büdcəsinin təsdiqində iştirak etməyəcəyi məlum olub.

Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında KTMT-də iştirakın dondurulduğunu açıqlayıb.